Paytaxtın Binəqədi rayonu, Ağamirək İsfahani küçəsi, döngə 3 ünvanında sakinlər yollardan şikayət edirlər. Bu haqda bu gün, 22 avqust tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Adıçəkilən ərazidə avtomobil yolları kələ-kötür və baxımsız vəziyyətdədir. Sakinlərin sözlərinə görə, onlar dəfələrlə rəsmi qurumlara müraciət etdiklərini, ancaq cavab ala bilmədiklərini bildirirlər.
Binəqədi rayon İcra Hakimiyətindən isə bildirirlər ki, qəsəbəyə asfalt örtüyünün çəkilməsi planlaşdırılıb və plana uyğun olaraq mərhələli şəkildə təşkil olunacaq.