Binəqədi rayonunda təmir-bərpa işləri davam etdirilir. Bu haqda bu gün, 19 avqust tarixində Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat verib.
Abadlıq və yaşıllaşdırma işləri aparılarkən parklarda, məhəllələrarası istirahət zonalarında, habelə yol kənarlarında təmizlik işləri aparılır. Yolun kənarlarında hərəkətə mane olan irigövdəli ağaclar budanır, dibləri yumşaltdırılır, ərazidəki bütün ağaclar suvarılır.
Binaların qarşısındakı istirahət yerlərində oturacaqlar təmir olunur. Rayon ərazisində yerləşən bir sıra yerlərdə hasarlar rənglənib, məişət tullantıları üçün konteynerlər təmir edilərək bərpa edilib.
[caption id="attachment_59791" align="alignnone" width="800"]
Foto Binəqədi Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]