Binəqədi rayonunun eyniadlı qəsəbəsində 4 küçənin təmirinə başlanılıb. Bu haqda BakuPlus.az Azərbaycan Avtomobil Yolları Agentliyinə istinadən bu gün, 3 avqust tarixində xəbər verir.
Qəsəbə üzrə 5.5 km küçə və yolun təmiri nəzərdə tutulub. Hazırda təmir işlərinə qəsəbənin ümumi uzunluğu 2.4 km olan 4 küçəsində start verilib.
Təmir işləri Əliheydər Qarayev, Ağamirək İsfahani, Mikayıl Ələkbərov və Cəfər Cabbarlı küçələrində hərəkətin rahat və təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirilir.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluqda küçələr təmir edilib.
[caption id="attachment_54984" align="alignnone" width="300"]
Foto AAYDA-nın rəsmi Telegram kanalı[/caption]