Paytaxtın Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesi, Baş Dövlət Yol Polis İdarəsinin yanında “Plastik butulkanı ekoçantaya dəyiş” aksiyası keçiriləcək. Bu haqda bu gün, 29 avqust tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Vətəndaşlar ərazidə yerləşən “Neptun hipermarket”inə yaxınlaşaraq ümumi tutumu minimum 15 litr olan müxtəlif plastik butulkaları ekoçantaya dəyişə bilərlər.
Tədbir 4 sentyabr saat 11:00-13:00 aralığında baş tutacaq.