Binəqədi rayonunda Ramiz Aboyev adına parkdan keçən yolda asfalt örtüyü salınır. Bu haqda BakuPlus.az Binəqədi Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinə istinadən bu gün, 13 avqust tarixində xəbər verir.
Aydınbəyov küçəsinin bir hissəsinə və şəhid Ramiz Aboyev adına parkdan keçən yolun bir hissəsinə asfalt örtüyünün vurulması işləri davam etdirilir.
Qeyd edək ki, həmin küçələrlə bağlı M.Ə.Rəsulzadə qəsəbə sakinləri səyyar görüş zamanı rayon icra başçısına müraciət etmişdirlər.