top
Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - Xəstələrdən yığılan pulun mənimsənilməsi ilə bağlı məhkəmə
12 fevral 2025, 06:07
- ↺ +

"Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik" - Xəstələrdən yığılan pulun mənimsənilməsi ilə bağlı məhkəmə

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Talassemiyalı uşaqlar, digər xəstələr üçün toplanmış vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Apa.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlərin dindirilməsi davam edib.

Zərərçəkən Ramin İbrahimov bildirib ki, onun övladı talassemiya xəstəliyindən əziyyət çəkir. Ona Aynur Bayramovanı Türkiyədə çalışan həkim Həmidə Qarayeva tövsiyə edib. Zərərçəkən övladının əməliyyatı üçün Aynur Bayramova vasitəsi ilə tanış olduğu Nuridə Seyidovaya 15 min dollar ödədiyini bildirib. A.Bayramova ona deyib ki, N.Seyidova zərərçəkənin övladının əməliyyat pulunun qalan hissəsini sponsor kimi ödəyəcək.

Nuridə Seyidova bildirib ki, verilən pulun 10 min dollarını Aynur Bayramovaya verib. A.Bayramova bu iddianı qəbul etməyib.

Zərərçəkən Sevinc Səmədova isə həyat yoldaşı böyrək xəstəsi olduğunu, 2023-cü ilin avqustunda dünyasını dəyişdiyini bildirib.

Qeyd edib ki, Gömrük Xəstəxanasında Mircəlal doktor ona Aysel Məmmədova ilə danışmağı tövsiyə edib: "Mircəlal həkim mənə dedi ki, bizə Aysel xanım kömək edə bilər. Onun nömrəsini alıb danışdım. Söylədi ki, 45 min manat ödəməliyəm. Mircəlal doktor dedi ki, əməliyyatla bağlı narahat olmayaq. Daha öncə 5 nəfər əməliyyat edilib. Biz əlimizdəki pulları yığdıq. Bizə hətta yaxınlarımız da kömək etdi və 22 min 500 manat topladıq. Həmin pulu yanvarda Aysel Məmmədovaya verdik. Dedi ki, Nuridə Seyidova qalanını verəcək. O, sponsordur və xəstəxana ilə müqaviləsi var. Amma əməliyyat baş tutmadı. Yoldaşımın vəziyyəti pisləşdi. Sonradan Aysel Məmmədova dedi ki, 10 günə məlumat verəcək və kömək ediləcək.

Həmin müddətdən sonra yenidən Aysel Məmmədova ilə danışanda bizə "Mircəlal həkim sizə məlumat verməyib? Polislər gəlib, istintaq gedir”, dedi. Yoldaşımın vəziyyəti pisləşdi. Əməliyyat üçün pulumuz çatmadı. Onlara görə yoldaşım həyatını itirib. Mircəlal həkim isə dedi ki, mənlik deyil".

O, əlavə edib ki, Aysel Məmmədova həmin puldan 15 min 500 manatı qaytarıb. Hazırda qalan 7 min 500 manatı tələb edir.

Zərərçəkən Aytəkin İsayeva isə deyib ki, böyrək xəstəliyindən əziyyət çəkir. O, Nuridə Seyidovanı sosial şəbəkədəki elanda gördüyünü, ona 19 min manat pul ödədiyini bildirib.

Nuridə Seyidova bildirib ki, zərərçəkənin qızı Aynur Bayramova ilə tanış olub. Onlar vasitəsi ilə N.Seyidova zərərçəkənlə tanış olub. Lakin, ondan 6 min manat pul alınıb. Aytəkin İsayeva isə Aynur Bayramovanı tanımadığını bildirib.

Digər zərərçəkən Elxan Əliyev ifadə verəndə Aynur Bayramovanın təzyiqi qalxıb. O, həkimin müayinəsindən sonra zaldan çıxarılmasını istəyib. Aynur Bayramova bildirib ki, sirroz xəstəsidir və əməliyyata ehtiyac var: "Mənim tək günahım xəstələrin yanında olmaq olub. Xəstələrin yanında olduğum üçün hazırda əziyyət çəkirəm".

Proses fevralın 19-da davam etdiriləcək.

Qeyd edək ki, talassemiya xəstələrinin valideynlərinə qarşı dələduzluq edilməsi ilə bağlı daxili işlər orqanlarına məlumat daxil olub. Məlumat əsasında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib. Əvvəlcə Nuridə Seyidova həbs olunub. Daha sonra məhkəmə proseslərində Aynur Bayramova və Aysel Məmmədova barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Xəbər
Bu gün, 09:34

Bakıda və bölgələrdə təhlükəli vəziyyət ilə bağlı TƏCİLİ XƏBƏRDARLIQ

Xəbər
Bu gün, 09:30

Bakının bu ərazilərində İŞIQ OLMAYACAQ - Masazır, Sulutəpə...

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Oxşar xəbərlər