Türkiyənin Gebze bələdiyyəsinin nümayəndə heyəti Yasamal Rayon İcra Hakimiyyətində görüşlər keçirib. Bu haqda BakuPlus.az RİH-in mətbuat xidmətinə istinadən bu gün, 10 sentyabr tarixində xəbər verir.
Qonaqları salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Azərbaycan-Türkiyə münasibətləri barədə danışıb.
Öz növbəsində, Gebze bələdiyyəsinin sədri Zinnur Böyükgöz qonaqpərvərliyə görə Azərbaycan tərəfində minnətdarlğını bildirib.
Görüşdə çıxış edən Milli Məclisin deputatları Elnur Allahverdiyev, Səbinə Xasayeva, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və Türkiyə Böyük Millət Məclisinin üzvü Cəmil Yaman ikitərəfli münasibətlərin müxtəlif sahələrindən söz açıblar.
[caption id="attachment_69349" align="alignnone" width="640"]
Foto Yasamal Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]