FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb. Bu haqda 30 iyun tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 11/33 ünvanında yerləşən “Grand” mehmanxanasında yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar aşkar olunub. Həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Baş verə biləcək yanğın hadisələrindən insanların həyatının, sağlamlığının qorunması məqsədilə müəssisədə işlərin və xidmətlərin məhdudlaşdırılması barədə qərar qəbul olunub.
[caption id="attachment_50522" align="alignnone" width="896"]
Foto Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı[/caption]