Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov RİHBA-nın məsul əməkdaşları ilə birgə şəhid Elşən Nəsirovun həyat yoldaşı Nanə Əliyeva ilə görüş keçirib. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 6 sentyabr tarixində xəbər verir.
Görüşdə şəhidin həyat yoldaşı Nanə Əliyeva şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Elşən Nəsirov 1993-cü il iyunun 17-də qızğın döyüşlərin getdiyi Füzuli rayonunda şəhidlik zirvəsinə ucalmışdır.
[caption id="attachment_68572" align="alignnone" width="1024"]
Foto Səbail Rayon İcra Hakimiyyətinin rəsmi saytı[/caption]