Paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur küçəsində abadlıq işləri aparılıb. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
6000 nəfər sakini əhatə edən, ümumi uzunluğu 450 m olan küçəyə asfalt örtüyü vurulub. Qəsəbənin digər küçələri də mərhələli şəkildə təmir olunacaq və sakinlərin istifadəsinə veriləcək.
Plana uyğun olaraq, yenidənqurma işləri 2022-2026-cı illər ərzində təşkil olunacaq.