Bakıda gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 13-17, gündüz isə 21-26 dərəcə isti olacaq.