Bakı metrosunda “Yaşıl” və “Qırmızı” xətlərdə müvəqqəti gecikmələr müşahidə olunub. Bu haqda 20 sentyabr tarixində axşam saatlarında Report məlumat verib.
Yubanmaya səbəb texniki nasazlığa görə yoldəyişdirici qurğuların əllə idarə olunması olub. Nəticədə hərəkət intervalında 12 dəqiqəlik fərq yaranıb.
“Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərinə görə, bir müddət sonra nasazlıq aradan qaldırılıb. Hadisənin səbəbləri araşdırılır.