Paytaxtın Nəsimi rayonu üçün dövlət büdcəsindən vəsait ayrılıb. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) rayon ərazisindəki yolların yenidən qurulması üçün 2 milyon 200 min AZN vəsait verilib.
Bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.