Nəsimi rayonunda şəhid Balaş Cəfərovun əziz xatirəsi yad edilib. Bu haqda 3 sentyabr tarixində Nəsimi Rayon İcra Hakimiyyəti məlumat verib.
Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin başçısı aparatının məsul əməkdaşları şəhidin məzarını ziyarət ediblər. Ziyarət zamanı şəhidin əziz xatirəsi dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Balaş Cəfərov Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak etmişdir. O, Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Nəşi uzun müddətdən sonra tapılmışdır. Cəfərov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.