Paytaxtın Nizami rayonu, Əlişir Nəvai küçəsi əsaslı təmir olunur. Bu haqda bu gün, 23 avqust tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Uzunluğu 990, ortalama eni isə 10,5 m olan küçədə köhnə asfalt örtüyü qaşınıb. Hazırda ərazidə piyada səkiləri bərpa olunur. Daha sonra yeni asfalt örtüyünün vurulması, yeraltı kommunikasiya xətlərinin bərpası və müvafiq nişanlanmaların aparılması nəzərdə tutulub.
Cari il ərzində rayon üzrə ümumilikdə 6,25 km uzunluğu olan 9 küçə təmir edilir.
[caption id="attachment_63425" align="alignnone" width="800"]
Foto AAYDA-nın rəsmi saytı[/caption]