Nizami rayon sakinləri ilə avqust ayında Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılovun dörd səyyar görüşü baş tutub. Bu haqda BakuPlus.az RİH-nin mətbuat xidmətinə istinadən bu gün, 2 sentyabr tarixində xəbər verir.
Keçirilən qəbullarda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları və rayonun xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Qəbullarda rayon sakinlərinin müxtəlif sahələrə dair müraciətləri dinlənilib, bir sıra müraciətlərdə əksini tapan məsələlər yerindəcə həll edilib, vətəndaşları narahat edən digər məsələlərlə bağlı verilən suallar cavablandırılıb.
Rayon İcra Hakimiyyətinin başçısı həlli əlavə araşdırma tələb edən problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.
Görüşlər “Açıq mikrofon” formatında, dialoq şəklində keçirilib.