Bu gün səhər saat 06:45 radələrində "OBA" marketlər şəbəkəsinin "Binə 3" filialında partlayış baş verib.
İlkin ehtimala görə, partlayışın qazsızmadan baş verdiyi bildirilir.
Bakuplus.az xəbər verir ki, hadisə nəticəsində "OBA"nın qeyd olunan mağazasında çalışan iki əməkdaşı xəsarət alıb.
Hazırda hadisənin təfərrüatları araşdırılır.