Ötən gün ölkə ərazisində xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakuplus.az xəbər verir ki, bu haqda Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, hadisələr nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, ölüm və ağır xəsarət halları baş verməyib.