Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yeni aparatlar verilib. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az TƏBİB-ə istinadən xəbər verir.
Tibb müəssisəsi 8 hemodializ aparatı ilə təmin olunub. Bundan sonra mərkəzdə həftədə 3 dəfə və hər biri 4 saat olmaqla son mərhələ böyrək çatışmazlığı olan xəstələrə hemodializ proseduru həyata keçiriləcək.
Böyrəklər orqanizmdə əlavə maye və zərərli maddələrin yığılmasının qarşısını alır. Bədəndə toplanmış həyati təhlükə yaradan tullantılar və toksinlərin xaric olunması funksiyası müalicə edilmədikdə ömrü uzatmaq üçün dializ müalicəsi və ya böyrək nəqli lazımdır.