Bakının Səbail rayonu, Lermontov küçəsində, Axundov bağı ilə üzbəüz güclü küləyin aşırdığı irigövdəli ağacın yerində yeni ağac əkilib. Bu haqda bu gün, 7 sentyabr tarixində Oxu.az məlumat verib.
Sınan köhnə qovaq ağacı ərazidən götürülüb, yol təmizlənib. Onun yerində çinar ağacı əkilib.