top
Sərdar Cəlaloğlu Mübariz Qurbanlının təklifini bəyənmədi
01 mart 2025, 08:29
- ↺ +

Sərdar Cəlaloğlu Mübariz Qurbanlının təklifini bəyənmədi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Milli Məclisin deputatı Mübariz Qurbanlı təklif edib ki, həyat yoldaşının işləməsinə icazə verməyən kişilərin maaşından pul tutularaq qadının pensiya fonduna köçürülsün.


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu modern.az-a açıqlamasında mövzuya münasibət bildirib.
O deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, qadınların kişilər kimi işləmək hüququ var:


“Əgər bir kşi zorla qadını işləməyə qoymursa, bu o deməkdir ki, Konstutisiyanın maddəsi pozulur. Bunun üçün xüsusi bir əlavə tədbirlərə ehtiyac yoxdur. Sadəcə olaraq Konstitusiyanın işləməsinə nəzarət olmalıdır. Amma bir evdə qadının işləməsinə ehtiyac yoxdursa, onu işləməyə məcbur etmək də bir o qədər qanun pozuntusudur. Mübariz Qurbanlının bu təklifini ailə münasibətlərinə müdaxilə kimi başa düşürəm”.


S.Cəlaloğlunun sözlərinə görə, əgər qadın həqiqətən də işləmək istəyirsə, əri də onu işləməyə buraxmırsa, bu beynəlxalq qadın hüquqlarının pozulmasıdır:


“Azərbaycan Beynəlxalq Qadın Hüquqlarının Qorunması Konvensiyasına qoşulub. Ona görə də burada qadının işləməsinə icazə verilməməsi hüququn pozulmasıdır. Konstutisiyanın 80-ci maddəsində göstərilir ki, Konstitusiya maddələrinin pozulması məsuliyyət yaradır. Həmin şəxsləri məsuliyyətə cəlb etmək lazımdır”.


S.Cəlaloğlu qeyd edib ki, ailə cinayətlərinin 90%-i qısqanclıq zəminində baş verir:


“Gənclər evlənərkən bir-birinin qarşısında öhdəlik götürməlidir. Bu gün Avropada ailə qurularkən müqavilə  bağlanır. Tərəflər bir-birinin tələblərini oxuyur, tanış olur və bundan sonra evlilik aktı baş tutur. Bizdə evlənəndə heç kəs özünün əsl niyyətini demir. Gələcəkdə də problem yarananda boşanma baş verir. Mənə elə gəlir ki, müqaviləli ailə modeli bizdə də tətbiq edilməlidir. Qadın və kişi evlənmədən əvvəl şərtlərini bildirməli və bundan sonra ailə qurulmalıdır. Bəzi insanların belə hüquqları olduğundan xəbəri yoxdur.
Mübariz Qurbanlının dediyi edilə bilməz. Bu gün yol hərəkəti qaydalarının pozulması ilə bağlı astronomik cərimələr var. O cərimələr qanun pozuntularını azaldırmı?! Əksinə, dünyada harada aşağı cərimə varsa, orada cinayət az olur. İnsanlar könüllü şəkildə ailə qururlar. Onlar ailə qurmazdan əvvəl özləri şərtlərini bildirməlidirlər”.

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Bu gün, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Bu gün, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Bu gün, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Bu gün, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər