Paytaxtın Binəqədi rayonunda yerləşən şadlıq sarayı məhkəməyə verilib. Bu haqda bu gün, 20 iyul tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.
“Sonalar Sonası” restoranının havaya zərərli maddəni normadan artıq atdığı iddia edilir.
Qanuna uyğun olaraq, ətraf mühiti çirkləndirən vəzifəli şəxslər 2500 AZN-dən 4000 AZN-dək məbləğdə, hüquqi şəxslər isə 10.500 AZN-dən 12.500 AZN-dək məbləğdə cərimə olunacaqlar.