Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində hərəkət edən 191 və 213 nömrəli marşrut avtobuslarının sxemləri müvəqqəti olaraq dəyişilir. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinə istinadən məlumat verir.
Marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilərək Cabir Əliyev və Abbasqulu ağa Bakıxanov küçələri ilə təşkil edilmişdir.
191 və 213 saylı marşrut xətlərindən istifadə edən sərnişinlərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur.