Paytaxtın Suraxanı rayonunda dövlət büdcəsindən vəsait ayrılıb. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Prezidentin rəsmi saytına istinadən xəbər verir.
Rayonun Bülbülə, Əmircan, Hövsan, Qaraçuxur, Yeni Suraxanı və Zığ qəsəbələrində avtomobil yollarının təmiri üçün 4 milyon 600 min AZN vəsait ayrılıb.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.