top
Toyda kişini bıçaqladı, HƏBSƏ DÜŞDÜ
06 mart 2025, 08:00
- ↺ +

Toyda kişini bıçaqladı, HƏBSƏ DÜŞDÜ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda toyda bıçaqlanma hadisəsi baş verib.

Bakuplus.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Belə ki, hadisədə təqsirləndirilən İsa Nəcəfov (ad şərtidir) 1988-ci ildə Bərdə şəhərində anadan olub. O, heç bir səbəb olmadan eyni toyda iştirak edən tanışı, zərərçəkmiş Adil Vəliyevi (ad şərtidir) bıçaqlayıb.

İsa Nəcəfov Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən İsa Nəcəfov ona qarşı irəli sürülən ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, Adili bıçaqlamayıb:

“Hadisə günü anam və bacımla xalam oğlunun övladının məclisinə getmişdik. Dava düşdüyünü görüb, mübahisə edən şəxsləri sakitləşdirmək üçün oraya yaxınlaşdım. Lakin az sonra geri qayıtdım. Zərərçəkmiş Adil Vəliyev əvvəlcə mübahisənin getdiyi yerdən bir qədər uzaqlaşıb, az sonra geri qayıdaraq yerə yıxıldı. Məclisə gedən zaman üzərimdə bıçaq olmayıb. Adilə bıçaqla heç bir xəsarət yetirməmişəm”.

Zərərçəkmiş Adil Vəliyev məhkəmədəki ifadəsində deyib ki, onu kimin bıçaqladığını bilmir:

“Toyda qəfil kütləvi dava düşdü. Mən də aranı sakitləşdirmək üçün orada idim. Həmin vaxt kimsə məni bıçaqla vurdu. Lakin kimin vurduğunu görmədim. İsanın məni bıçaqla vurması barədə heç nə deyə bilmərəm. Qohumum Bəhruzun anası məni İsanın vurduğunu dedi”.

Daha sonra məhkəmə prosesində şahid Bəhruz Səfərov (ad şərtidir) ifadə verib:

“Bir çox restoranlarda ofisiant kimi çalışmışam. Təxminən 2 həftə idi ki, həmin şadlıq sarayında çalışırdım. Bıçaqlanma gözümün qabağında baş verdi. İsa Nəcəfov dava zamanı Adil Vəliyevi bıçaqladı”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə İsa Nəcəfov 8 il müddətinə azadlıqdan məhrum edilib. Bununla yanaşı 2.600 manat miqdarında cərimə cəzası verilib.

Fidan İlqar

Son xəbərlər

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi bağlandı

Xəbər
Dünən, 13:39

Azyaşlı məhkəmədə ifadə verdi - "atam qısqandığına görə anamı öldürüb"

Xəbər
Dünən, 13:10

Sabah 23 dərəcə isti olacaq

Xəbər
Dünən, 12:19

Bakı Metropoliteni tunellərdə işlərin gedişatını AÇIQLADI - 70 metri qazılıb

Xəbər
Dünən, 11:06

Vergi yoxlamasının keçirilməməsinə görə rüşvət almaqda təqsirləndirilənlərin məhkəməsi başlayır

Xəbər
Dünən, 10:55

25 gün meteor yağışı olacaq

Oxşar xəbərlər