top
Xəstələrin işgəncə gördüyü reabilitasiya mərkəzinin 5 əməkdaşı həbs edilib
07 iyul 2022, 01:00
- ↺ +

Xəstələrin işgəncə gördüyü reabilitasiya mərkəzinin 5 əməkdaşı həbs edilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"New Life" reabilitasiya mərkəzinin 5 əməkdaşı həbs olunub. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 7 iyul tarixində xəbər verir.

Mərkəzin rəhbəri Orucəli Heydərov, orada fəaliyyət göstərən Elvüsal Hüseynov, Famil Rzayev, Sərxan Əliyev və Qənbər Həsənov mərkəzdə müalicə olunan pasiyentlərə işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə ittiham olunurlar.

Binəqədi rayonu, Novxanı qəsəbəsində yerləşən tibb ocağı narkotik, alkoqolizm və digər asılılıqlardan müalicə mərkəzi kimi fəaliyyət göstərir.

Cinayət işinin materiallarında göstərilib ki, “New Life” Reabilitasiya Mərkəzində müalicə kursu keçən pasiyentlərin hər birindən 1500 manatdan 6600 manata qədər ödəniş alınıb.

İddia olunur ki, sözügedən mərkəzdə qaydalara, əmrlərə tabe olmayan şəxslərə qarşı zorakılıq edilib.

Belə ki, orada müalicə alan Hüseyn Məmmədov mərkəzdən qaçmaq istəyəndə oranın əməkdaşları onu tutub döyüblər. Qaçmaması üçün əl-qolunu bağlayıb, bu vəziyyətdə saxlayıblar. Bir gün sonra onun vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin olaraq Hüseyn Məmmədovun əzab verilməsi nəticəsində öldüyü güman edilsə də, ekspertiza rəyindən sonra onun yüksək dozada narkotik qəbulundan vəfat etdiyi məlum olub.

Digər pasiyentlər - Fuad Həsənov, Kamran Əliyev və Cahangir Əliyev isə işgəncələr nəticəsində müxtəlif bədən xəsarətləri alıblar. Onların barmaqlarının sındırıldığı və digər işgəncələrə məruz qaldığı bildirilib.

Daha bir ittihama görə, saxlanılan şəxslər qanunsuz sahibkarlıq yolu ilə 81 min manat gəlir əldə ediblər. Onların hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

İttiham olunan şəxslərin heç biri özünü təqsirli bilməyərək cinayət işinin materiallarında yazılanlarla razılaşmır.

[caption id="attachment_51515" align="alignnone" width="896"]Foto Apa.az saytı Foto Apa.az saytı[/caption]

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Bu gün, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Bu gün, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Bu gün, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Bu gün, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər