Bakı Metropoliteninin şərti adı “Xocahəsən” olan elektrik deposu və yerüstü stansiyasının tikintisi başa çatdırılıb. Bu barədə bu gün, 23 avqust tarixində “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O, qeyd edib ki, hazırda stansiyada və depoda quraşdırma və istehsal işləri aparılır.
"Paralel olaraq tamamlama işləri də aparılır. Sərnişin stansiyası və elektrik deposu bu ilin sonuna qədər istifadəyə veriləcək", - Məmmədov bildirib.