top
Xocalı sakini: “32 il sonra atamın nəşi tapıldı” – ÖZƏL MÜSAHİBƏ
25 fevral 2025, 22:46
- ↺ +

Xocalı sakini: “32 il sonra atamın nəşi tapıldı” – ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Xocalı soyqırımının 33-cü ildönümü anılır. Ermənistanın insanlığa qarşı törətdiyi bu cinayət zamanı səkkiz ailə yer üzündən silinib.

Bakuplus.az-ın müsahibi 1992-ci il fevralın 25-dən 26-a keçən gecə əsir götürülən Xocalı sakini Lamiyə Qarayevadır. Qətliam günü onun atası itkin düşüb.

Lamiyə Qarayeva o müdhiş gecəni belə xatırlayır:

“Xocalı soyqırımı zamanı iki yaşım var idi. Uşaq olduğuma görə, hadisələri tam xatırlamıram. Amma uşaqlıqda yaşadıqlarımı şüuraltına ötürmüşəm. Dərk edə biləcəyim anlar xatirimdədir”.

Müsahibəni təqdim edirik:

-  Xocalılı günlərinizdən danışmağınızı istərdim. Xocalı nə zamandan mühasirəyə alındı?

- Mən Xocalı soyqırımının şahidiyəm. O zaman cəmi iki yaşım var idi, amma faciənin izləri bütün həyatım boyunca məni təqib edib. O gün nə baş verdiyini tam xatırlamasam da, anamın göz yaşları, qohumlarımızın fəryadı və davam edən qaranlıq illər mənə yaşadığımız dəhşətləri anlatmağa bəs etdi.

O zaman uşaq olsam belə, hər gün atışma səslərini eşitdiyimi xatırlayıram. Xocalı soyqırımı baş verən günə kimi, yəni fevralın 25-dən 26-a keçən gecəyə qədər 4 ay idi ki, Xocalı blokadada idi. Gediş-gəliş tam məhdudlaşdırılmışdı. Biz həmin vaxtlar ancaq zirzəmilərdə günümüzü keçirirdik. Hər gün atışma səsləri olurdu. Hücum təhlükəsi ilə yaşayırdıq.

Vahid ordu olmadığı üçün Xocalının cavan oğlanları, ürəkli gəncləri könüllü şəkildə Xocalının müdafiəsinə qalxmışdılar. Nəticə olaraq Tofiq Hüseynovun rəhbərliyi ilə özünümüdafiə batalyonu yarandı. Atam və dayım özünümüdafiə batalyonunun döyüşçüsü idi. Həmin gecə evə gəlib, bildirdilər ki, artıq Xocalıya giriblər. Hücuma hazırlaşıblar. Xocalını tərk etmək lazımdır.

- Xocalılar sonuna kimi mübarizə apardılar…

- Həmin gecəni xocalıların mübarizliyinin, qəhrəmanlığının bariz nümunəsi idi. Xocalıda əhalinin ehtiyaclarının ödənilməsi kimi problemlər var idi. Bu qədər təhlükə ilə yaşadılar. Xocalılar bilirdilər ki, belə bir dəhşətli gecə yaşana bilər. Lakin heç kəs öz evini, elini, obasını qoyub getmədi. Bu da xocalıların mübarizliyinin, qəhrəmanlarının bariz nümunəsidir.

- Siz uşaq olmusunuz. Ailə üzvlərimiz həmin gün haqqında nələr danışır?

- Anamın dediklərinə görə, dəmiryol vağzalı var imiş. Bir müddət orada qalmışıq. Orada belə ümidimizi itirmədik, evimizə qayıdacağımızı düşünürdük.

- Lamiyə xanım, qətliam gecəsini necə xatırlayırsınız?

- Həmin gecə sanki təbiət də qan ağlayırdı.. Ermənilərin həmin gecəni seçmələri təsadüf deyildi. Əhalinin oradan çıxmasına məhdudiyyət üçün sırf belə bir gecə seçilmişdi. Xocalı olduqca əhəmiyyətli bir mövqedə yerləşirdi. Həmin ərazidə ən çox azərbaycanlılar yaşayırdılar, Qarabağda yeganə aeroport da orada yerləşirdi. Həm də həmin gecə guya onlar əhalinin təhlükəsiz çıxması üçün dəhliz açıblar. Amma elə ən çox meyit dəhliz dedikləri yerdə var idi. Ən çox orada qətliam törədilmişdi.

Dəmiryol vağzalından istiqamətimizi tutduq. Hətta Xocalıya illərlə bələd insanlar da yolu tapmaqda çətinlik çəkirdilər. Əhali pərəm-pərəm oldu. Hər dəstə bir istiqamət tutdu. Biz Ağdamın Abdal Gülablı kəndi istiqamətində gedişi planlaşdırmışdıq. Lakin yolu tapa bilmədik. Dəhraz kəndinə üz tutduq. Orada ermənilərin pusqusuna düşdük. Atışma oldu. Bizim 200-300 nəfərlik dəstədə qətlə yetirilənlər oldu. Başqa çarəmiz olmadığı üçün təslim olduq. Əsir götürüldük.

Biz Xocalıdan çıxanda Qarqar çayını keçəndə çətinlik çəkdik. Ac-susuz qaldıq. Kətik meşəsindən çıxmağa çalışırdıq, lakin yenə də gəlib eyni nöqtəyə çatırdıq.

- Əsirlikdən danışmağınızı istərdim.

- Əsirlikdə bizimlə bərabər olanlar içərisində özünümüdafiə batalyonun döyüşçüləri var idi. Atamla bərabər 13 nəfər. Çox böyük işgəncələr verilib. Bizə yemək, su vermədilər. Heç kəsə mərhəmət göstərmədilər. Döyüb, təhqir edirdilər.

- Atanızın taleyi necə oldu?

- Özünümüdafiə batalyonunun üzvlərini, o cümlədən atamı seçib apardılar. Bundan sonra çöldə 13 güllə səsi gəldi. Biz bu gün də bilmirik ki, hədəfə tuşlanmış güllə səsi imiş, yoxsa o insanlardan ümidimizi kəsmək üçün ediblər. Hələ də ümidimiz var ki, sağdılar. Məlumatımız yoxdur. Sağ olduqlarına güman edirik. Çünki əsirlikdə olan qadınlardan birinin dediyinə görə, çölə çıxarılanlardan 10 dəqiqə sonra qadın da çölə çıxıb, qayıdanda yerdə qan izi görməyib. Bir ümiddir. İçimizdə yaşadırıq. Uşaqkən ən böyük xəyalım atama qovuşmaq idi. Atam Yusifəli Qarayev 25 yaşında şəhid oldu.

Bir qız övladı üçün atanın olmamağı çox ağırdır. Çox böyük itkidir. Xəyallarımı gerçəkləşdirə bilməmişəm. Atamın yoxluğunu hiss edirəm. Həmin qarlı qış gecəsində yaxınlarını itirən hər kəs itkinin nə demək olduğunu bilir.

Biz xocalıların itkilərinin təsəllisi yoxdur. Həmin gecə yaşadığımız, aldığımız travmalar unudulmayacaq. Razılaşmıram ki, Xocalı soyqırımının 613 şəhidi var. Xeyr, belə deyil. Xocalı soyqırımı zamanı olan itkilər həmin gecə ilə yekunlaşmır. Xocalı soyqırımından sonra 3-4 ay erməni əsirliyində qalanlar oldu. Azad olduqdan sonra əsirlikdəki fiziki, psixoloji təzyiqlərdən dünyasını dəyişənlər də az olmadı. Bütün bu itkilər Xocalı soyqırımının itkiləridir.

- 32 il sonra atanızın nəşi tapıldı.

- Atamın bir şəkli vardı – köhnə, saralmış bir fotoşəkil. Mən onu bu şəkillə tanıdım. Hər dəfə gözlərimi yumanda atamın üzünü xatırlamağa, səsini, qoxusunu hiss etməyə çalışırdım.

2024-cü il fevralın 26-da Xocalı soyqırımının 32-ci ildönümü münasibətilə keçirilən anım tədbirində Prezident İlham Əliyev Xocalıdan olan bir qrup ziyalı və gənclərlə görüşdü. Bu görüşdə mən çıxış edərək, atamın Xocalı özünümüdafiə batalyonunun döyüşçüsü olduğunu və onun sonrakı taleyi barədə heç bir məlumatımızın olmadığını demişdim  və “məzarsız şəhid” ifadəsini  işlətmişdim.

Bu görüşdən bir neçə ay sonra aidiyyəti qurumların apardığı araşdırmalar nəticəsində atamın nəşi tapıldı. Dövlət səviyyəsində təşkil edilən mərasimlə dəfn edildi. Bu hadisə itkin düşən Xocalı şəhidlərinin ailələri üçün bir ümid işığı oldu və onların ağrı-acılarının az də olsa yüngülləşməsinə səbəb oldu.

Atamı Xocalı şəhər Şəhidlər Xiyabanında torpağa tapşırdıq. Onun məzarının başında dayananda uşaqlığım, Xocalısız ötən illərim, hər il fevralın 26-da çəkdiyim ağrılar gözümün önündən keçdi. Onun bir qəbir daşının olması, adının unudulmaması bizim üçün təsəlli idi.

Xocalı faciəsi zamanı itkin düşənlərin taleyinin aydınlaşdırılması və onların layiqli şəkildə dəfn edilməsi istiqamətində dövlət tərəfindən görülən işlər davam etdirilir.

- Xocalını bir sözlə ifadə etsəniz, o nə olardı?

- Xocalı hələ də mənim üçün qanayan yaradır. O gün həlak olanlar, itkin düşənlər, analarını-atalarını gözləyən uşaqların taleyi mənim hekayəmdir. Mən bu ağrını heç vaxt unutmayacağam, çünki Xocalı yalnız tarixin bir səhifəsi deyil – bu, mənim həyatımın gerçəkliyidir.

Biz Xocalıya qayıtdıq. Yarımçıq qalan həyatlarımızı yenidən qurmağa çalışırıq. Amma itirdiklərimiz heç vaxt geri qayıtmayacaq. Mən atamın səsini heç vaxt eşidə bilməyəcəyəm. Amma onun adı yaşayacaq. Biz Xocalını unutmadıq. Və unutmayacağıq.

Nəzrin Vahid

Son xəbərlər

Xəbər
Bu gün, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Bu gün, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Bu gün, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Bu gün, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Bu gün, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Bu gün, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Bu gün, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Bu gün, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Bu gün, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Bu gün, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Bu gün, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Bu gün, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Bu gün, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Bu gün, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Bu gün, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Bu gün, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Bu gün, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Bu gün, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
Dünən, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
Dünən, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
Dünən, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
Dünən, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
Dünən, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Xəbər
Dünən, 15:01

Bakıda antisanitar şəraitdə işləyən çörək sexinin fəaliyyəti dayandırıldı

Oxşar xəbərlər