Zığ qəsəbəsində piyada keçidləri demək olar ki yox dərəcəsindədir. Bu haqda BakuPlus.az bu gün, 8 sentyabr tarixində xəbər verir.
“BakuBus” MMC ilə üzbəüz yerləşən dayanacağa çatmaq üçün Zığ sakinləri dəfələrlə həyatlarını təhlükəyə atmalı olurlar. Ərazidə olan yeganə yeraltı keçid isə təmirdən öncə inşa edilib.
Bu səbəbdən həmin istiqamətdə hərəkət edərlər hər an ola biləcək qəzadan sığortalanmayıblar.
Yeraltı piyada keçidindən sonra isə avtomobil yolunu keçib səkiyə çıxmaq mümkün deyil.
[video width="640" height="352" mp4="https://bakuplus.az/storage/photos/2022/09/whatsapp-video-2022-09-08-at-14.39.42.mp4"][/video]