Xəzər rayonunda gənc qız itkin düşüb. Bu haqda 24 avqust tarixində Report məlumat verib.
Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yaşayan 19 yaşlı Əfsanə Əzimova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxanda onun əynində güllü köynək, göy rəngli cins şalvar və ayağında qara rəngli idman ayaqqabısı olub.
Onu görənlər və tanıyanlar Xəzər rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinə və ya 055 215 21 20, 051 841 41 41, 012 590 73 02 nömrələrinə zəng edərək məlumat verə bilərlər.