Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda 20 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Azadlıq prospektində iyunun 19-u saat 22:00 radələrində Lənkəran rayon sakini Elvar Abasovu yolu keçən zaman Gəncə şəhər sakini R.Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil vurub. Yaralı xəsarətlə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, piyada ölüb.
Faktla bağlı araşdırma aparılır.