Bu gün, 29 aprel səhər saatlarında Bakıda baş vermiş yol-nəqliyyat hadisələrində iki uşaq xəsarət alıb.
Yasamal rayonu ərazisində 14 yaşlı Fatimə Ağayeva yolu keçərkən onu avtomobil vurub. Yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Daha bir hadisə Binəqədi rayonunda baş verib. 10 yaşlı Piriyeva Gülşən Elşən qızı ikinci mədən küçəsində yaşadığı evin yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağının sınığı diaqnozu qoyulub.
Hər iki faktla bağlı araşdırma aparılır.