Bakının daha çox hansı ərazisində nakotik satıldığı məlum olub. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 10 may tarixində xəbər verir.
Ötən il Bakıda narkotik vasitələrin dövriyyəsi ilə bağlı ən çox fakt Sabunçu rayonunda qeydə alınıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib ki, 2021-ci il üzrə narkotiklərin qanunsuz dövriyəsi ilə bağlı Sabunçu rayonunda 639, Suraxanı rayonunda 509, Binəqədi rayonunda isə 481 fakt qeydə alınıb.
Sabunçu rayonu üzrə 432, Binəqədi rayonu üzrə 336, Suraxanı rayonu üzrə isə 288 nəfər cinayət məsuliyyətinə cəlb edilib.