Paytaxtın üç məktəbi ənənəvi tədrisə geri qayıdıb. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sabunçu rayonunda yerləşən 80 saylı, Binəqədidə 157 saylı və Nərimanov rayonunda yerləşən 202 saylı tam orta məktəblər Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında əyani təhsili bərpa edib.
Təhsil müəssisələrində 7 günlük karantin müddəti başa çatıb.