top
Bakıda kişi arvadına göz dikən qonşusunu BIÇAQLADI
12 fevral 2025, 08:00
- +

Bakıda kişi arvadına göz dikən qonşusunu BIÇAQLADI

Bakıda kişi arvadı üstündə qonşusunu bıçaqladı.

Bakuplus.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Bakı Ağır Cinayətlər məhkəməsində keçirilib.

Belə ki, təqsirləndirilən Əli Səfərov (ad şərtidir) 1987-ci ildə Ağdaş rayonunda anadan olub. Ötən ilin iyulun 25-i yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində qonşusu Cavidan Əliyev (ad şərtidir) ilə arvadı Aygün Səfərovanın (ad şərtidir) sevgi münasibətində olmasından şübhələnib. Buna görə qonşusu ilə mübahisə etməyə başlayıb. Əli yaranmış münaqişə zamanı maşınında saxladığı bıçaqla Cavidana xəsarət yetirib.

Nəticədə Əli Səfərov Azərbaycan Respublikası CM-nin 126.1-ci (sağlamlığa ağır zərbə vurma) maddəsi ilə təqsirləndirilib.

Təqsirləndirilən Əli Səfərov ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərib:

“Aygün ilə 2008-ci ildə ailə həyatı qurmuşuq. Qala qəsəbəsində taksi fəaliyyəti ilə məşğul oluram. Arvadım evimizin həyətində qadın salonu açaraq orada işləməyə başladı. Son 3 il ərzində Aygünlə münasibətimiz pozulduğu üçün məndən boşanmaq istəyirdi. Övladlarımız olduğu üçün etiraz edirdim. Ötən ilin iyun ayı Cavidanın arvadımın arxasınca düşdüyünü gördüm. İyunun 29-u əmim nəvəsinin toyunda Cavidan da orada idi. Onun Aygünə dəfələrlə baxdığını, gözünü ondan çəkmədiyini hiss etdim.

Səhəri gün Aygünün telefonuna “Fidan” adlı şəxsdən mesaj gəldi. Həmin nömrənin Cavidana məxsus olduğunu öyrəndim. Aygün aralarında heç nə olmadığını iddia etdi. Öz telefonumla Cavidana zəng edərək “utanmırsan, mənim arvadımla danışırsan. Biz qonşuyuq, mən sənin qardaşını tanıyıram. Sən arvadımın qardaşı və əmisi oğlu ilə dostsan, bu nə hərəkətdi edirsən?” dedim. Qarşıma çıxmamasını dedim.

Hadisə günü Cavidanla qarşılaşdım. O, dayanmadan mənə baxırdı. Bu da təbii ki, mənə pis təsir edirdi. Əsəbiləşib maşında olan bıçaqla onu vurdum. Törətdiyim əməldən peşmanam”.

Daha sonra zərərçəkmiş Cavidan Əliyev ifadə verib:

“Aygünü 2-3 ay əvvəl tanıdım. Onu bir neçə dəfə salonda gördüm. Aygündən çox xoşum gəldiyi üçün mobil nömrəsini tapıb yazdım. Lakin onun kimliyini, ailəli və ya subay olduğunu bilmirdim. Aygünlə bir neçə dəfə mesajlaşdıqdan sonra əri mənə zəng etdi. Mobil telefonla söhbət zamanı Əliyə Aygünün onun arvadı olduğunu bilmədiyimi və bir də arvadına yazmayacağıma söz verib üzr istədim. Ona Aygünün əvvəllər də xəyanət etdiyini dedim.

Bir neçə müddət sonra siqaret almaq üçün kioska getdim. Həmin vaxt Əli maşından düşərək mən tərəfə iti yerişlə gəlməyə başladı. Əlindəki bıçaqla sinəmdən yaraladı”.

Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Əli Səfərovu təqsirli bilib. Məhkəmənin qərarı ilə Əli Səfərov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Fidan İlqar

Son xəbərlər

Xəbər
Dünən, 18:00

"Neftçi" müdafiəçi transfer etdi

Xəbər
Dünən, 17:37

Dövlət Neft Fondunun vəzifəli şəxsi vəfat etdi

Xəbər
Dünən, 16:37

Bloqer "Zevs"in qardaşının 10 il həbsi tələb edildi - 4 il iş verildi

Xəbər
Dünən, 15:36

Təhsil naziri sosial media istifadəçilərini tənqid etdi

Xəbər
Dünən, 15:12

9 ildir aliment ödəməyən kişi 9 aylıq həbs edildi

Xəbər
Dünən, 14:46

Sabah yağış yağacaq

Xəbər
Dünən, 14:40

Bakı–Tbilisi qatarına biletlərin qiymətləri ucuzlaşdı

Xəbər
Dünən, 13:46

Bir ayın əsgəri səhlənkarlıqdan ölüb?

Xəbər
Dünən, 12:21

17 yaşlı oğlan 16 yaşlı Bakı sakinini qaçırdı

Xəbər
Dünən, 11:03

Aygün Bayramovadan etiraz: "Çox cılızlaşdırıblar"

Xəbər
Dünən, 10:43

Nazirlikdən hava ilə bağlı əhaliyə müraciət

Xəbər
Dünən, 10:26

Saxta alqı-satqı əməliyyatlarının qarşısını kim almalıdır? - Ali Məhkəmədən izah

Xəbər
Dünən, 10:09

Azərbaycanda ən çox böyrək köçürülməsinə ehtiyac var - Son rəqəmlər

Xəbər
Dünən, 09:29

Türkanda avtomobil piyadanı vuraraq öldürdü

Xəbər
23 iyun 2026, 18:00

79 motosiklet və moped duracağa yerləşdirildi

Xəbər
23 iyun 2026, 17:57

Öskürəyə görə başlayan mübahisə qanla bitdi: 27 yaşlı usta qətlə yetirildi

Xəbər
23 iyun 2026, 17:37

Bir qrup dövlət qulluqçusu təltif edilib - SƏRƏNCAM

Xəbər
23 iyun 2026, 17:03

Sabahın hava proqnozu açıqlandı

Xəbər
23 iyun 2026, 16:03

Ölən direktor müavini tanınmış dirijorun qohumu imiş

Xəbər
23 iyun 2026, 15:03

Sirkədən zəhərlənən kişi 10 gün sonra öldü

Xəbər
23 iyun 2026, 14:50

Zənglərinə cavab verməyən dostunu bıçaqladı - BAKIDA

Xəbər
23 iyun 2026, 14:03

Həbsdən çıxan yüzlərlə şəxs işlə təmin edilib

Xəbər
23 iyun 2026, 13:03

Xəstəlikləri öncədən proqnozlaşdıracaq sistem: Səhiyyə Nazirliyinin  mütəxəssisi izah edir

Xəbər
23 iyun 2026, 12:03

Kişi yemək bişirməyən arvadını telefonla döydü

Oxşar xəbərlər