top
İnsanlar niyə zorakılıq edirlər? – Ekspertlərdən ÖZƏL AÇIQLAMA
19 fevral 2025, 04:50
- +

İnsanlar niyə zorakılıq edirlər? – Ekspertlərdən ÖZƏL AÇIQLAMA

Ötən il Azərbaycanda gender əsaslı zorakılığa məruz qalan 58 kişi tərəfdən müraciət daxil olub.

Bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

Məlumatda qeyd olunub ki, 2024-cü ilin yanvar-dekabr aylarında 860 gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Onlardan 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib.

Onlardan 205 nəfəri Bakıdan, 125-i isə regionlardan müraciət edib:

“137 evli, 140 subay, 53 boşanmış şəxsin müraciəti daxil olub. Həmin şəxslərdən 64-ü ali təhsilli, 177-si orta, 89-u isə təhsilsiz insanlardır. 77 nəfər 0-18 yaş aralığında, 145 nəfər 19-35, 80 nəfər 36-55, 28 nəfər isə 56+ yaş aralığında olan şəxslərdir”.

Bəs, görəsən, insanlar niyə bir-birilərinə qarşı zorakılıq edirlər? Səbəbi nədir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən sosioloq Mail Yaqubovun sözlərinə görə, ilk növbədə mənəviyyat məsələsi güclənməli, ikinci isə - sosial problemlər azalmalıdır:

“Bunun əsasında təbii ki, mənəviyyatsızlıq dayanır. Mənəviyyatlı insan başqasına qarşı güc və ya zor tətbiq etməz və şiddət göstərməz. Bu, əsas məsələdir. İkinci məsələ sosial problemlərdir. İnsan sosial problemlərdən cana yığılır, həyatdan bezir və qarşısındakından acığını çıxır. Güclünü yox, gücsüzü əzməyə çalışır. İnsan psixologiyası belədir. Özündən zəifə qarşı güc tətbiq etməyə çalışır.

Ona görə də bu kimi problemləri azaltmaq üçün biz həmin o iki əsas amili aradan qaldırmalıyıq. Bir - mənəviyyat məsələsi güclənməlidir, ikinci - sosial problemlər azalmalıdır. İnsanlar sosial problemlər zamanı özlərini itirirlər”.

Psixoloq Aytən Ələkbərli isə qeyd edib ki, insanlar arasında gender zorakılığı baş verirsə, demək ki, bu insanlar bir-birini dinləməyi bacarmırlar:

“Bu kimi hallar daha sonradan fiziki zorakılığa gətirib çıxara bilir. İnsanlar bir-birini dinləyib, anladıqları zaman hər şey normallaşır. Onların düşüncələri bir-birilərini tamamlayırsa, psixi ruhları uyğun olarsa, təbii ki, zorakılığa gətirib çıxaracaq məqamlar olmayacaq.

Bu gün cəmiyyətdə hər beş nəfərdən üçü antidepresant qəbul edir. Özlərini daha sağlam hiss etmək üçün bunu edirlər. Bəsit nələrinsə öhdəsindən gələ bilməmək sonunda fiziki zorakılığa gətirib çıxarır. Avropada hər altı aydan bir insanlar psixoloqun müayinəsindən keçirlər”.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova isə statistik göstəriciləri açıqlayıb:

“Gender əsaslı zorakılıq ilə bağlı “860” dəstək xəttinə 2024-cü il ərzində 330 zəng daxil olub. Bu zənglərin 58-i kişi tərəfindən, 272 nəfər isə qadın tərəfindəndir. Hər il dövlət komitəsinə məişət zorakılığı ilə bağlı müraciət daxil olur. 2023-cü ildə müraciətlərin sayı 560 idisə, 2024-cü ildə müraciətlərin sayı 594 olub.

Məişət zorakılığına məruz qalanlardan 52-i kişi, 534-ü qadın və 436-ı uşaq olub. 52-i kişi həm psixi, həm də iqtisadi zorakılığa məruz qalıb. Övladları ilə ünsiyyət tələbi ilə, uşaq tələbi və uşaqların anaları tərəfindən zorakılığa məruz qalması ilə olan müraciətlər olub. Zorakılığı törədənlərin 555-i kişi, 252-i qadın olub. Məişət zorakılığının da dörd əsas növü vardır: psixi, fiziki, iqtisadi və cinsi. Qeydə alınan zorakılıqların 136-ı psixi, 403-ü fiziki, 5-i iqtisadi, 10-u isə cinsi zorakılıqdır”.

“Məişət zorakılığı ilə bağlı hər il Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciətlər daxil olur. Daxil olan hər bir müraciət nəzarətə götürülür. Zərərçəkmiş şəxslərə dəstək məqsədi ilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir. Cinayət tərkibin əlamətləri olmadığı halda yerli icra hakimiyyəti orqanı tərəfindən şikayətə baxılır. Şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduğunda həmin şikayətlərə Cinayət Məcəlləsi və qanunvericilikdə müəyyən edilmiş qaydada baxılır.

Məişət zorakılığı ilə bağlı müraciət edilən vaxtdan 24 saat keçənə qədər zorakılığı törədən şəxsə xəbərdarlıq edilir. Zərərçəkmişə dərhal 60 gün müddətinə qədər qısa müddətli mühafizə orderi verilir. Məişət zorakılığını törədən şəxs verilən xəbərdarlığa və qısa müddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə zərərçəkmiş şəxsin özü və ya müvafiq yerli icra hakimiyyəti orqanı və ya prokurorluq tərəfindən uzun müddətli mühafizə orderi verilməsi üçün məhkəməyə müraciət edilə bilər. Uzun müddətli mühafizə orderinin müddəti isə 60 gündən 180 günə qədərdir. Zərərçəkmiş şəxs dövlət vəsaiti hesabına hüquqi yardım və sığınacaqla da təmin oluna bilər”, - deyə İ.Məmmədova fikrini tamamlayıb.

Nəzrin Vahid 

Son xəbərlər

Xəbər
Dünən, 17:09

"Heç bir teatrdan dəvət almamışam, rol da verilməyib" - Xalq artisti

Xəbər
Dünən, 15:48

Ümrəyə getmək istəyən ər-arvadın pullarını əllərindən aldılar - Bakıda ŞOK DƏLƏDUZLUQ

Xəbər
Dünən, 14:12

Qəbul və buraxılış imtahanlarında nə dəyişir? - DİM sədri açıqladı

Xəbər
Dünən, 13:10

Sabah Bakıda hava necə olacaq?

Xəbər
Dünən, 12:54

Azərbaycanda hər üç nəfərdən ikisi oxuduğunu başa düşmür - Nazir

Xəbər
Dünən, 11:44

Külək dörd nəfəri xəstəxanalıq etdi

Xəbər
Dünən, 10:51

Abituriyentlərin diqqətinə – Qeydiyyat başa çatır

Xəbər
Dünən, 09:33

Əlil arabasında olan şəxsə ətrafdakılar kömək etdi - Pandus yararsız vəziyyətdə

Xəbər
07 sentyabr 2026, 17:22

"Şükürlər olsun ki, Maradona kimi narkotikə yox, içkiyə qurşandım" - Faiq Cabbarov

Xəbər
07 sentyabr 2026, 16:27

Opera səhnəsinin sevilən sənətçisinin ad günüdür

Xəbər
07 sentyabr 2026, 15:05

"Ürəyim" yazılan nömrəni gördü, keçmiş arvadını vurdu

Xəbər
07 sentyabr 2026, 12:44

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Xəbər
07 sentyabr 2026, 11:57

Bakıda özünü körpüdən atmaq istəyən şəxs həbs edildi

Xəbər
07 sentyabr 2026, 10:53

DSMF 8 ayda 303 mindən çox vətəndaş müraciətini qeydə alıb

Xəbər
07 sentyabr 2026, 09:57

Avtomobillə divara sıxıb, domkratla başına vurdu

Xəbər
06 sentyabr 2026, 21:00

7-13 sentyabr tarixlərinin HƏFTƏLİK BÜRC PROQNOZU

Xəbər
06 sentyabr 2026, 12:00

Ana olmaq üçün son yaş həddi

Xəbər
05 sentyabr 2026, 17:23

Bakıda 21 yaşlı gənc "niyə işləmirsən?" deyən atasını döydü

Xəbər
05 sentyabr 2026, 16:15

Bazar günü Bakıya yağış yağacaq

Xəbər
05 sentyabr 2026, 14:54

Xırdalanda gəlini ilə yaşamaq istəməyən qayınana döyüldü

Xəbər
05 sentyabr 2026, 13:23

"Mən olmayandan sonra onu satıb, aranızda bölüşərsiniz" - Xalq artistinin VƏSİYYƏTİ

Xəbər
05 sentyabr 2026, 11:51

Bakıda ərinin xəyanətini öyrənən qadın heyfini maşından çıxdı

Xəbər
05 sentyabr 2026, 10:40

Toy günü bəylik kostyumu olmayan aktyor - Doğum günüdür

Xəbər
05 sentyabr 2026, 09:46

Qisasını qardaşı arvadının maşınından aldı - Bakıda qəribə ailə münaqişəsi

Oxşar xəbərlər