Paytaxtın üç rayonunda 11 yanvar 2022-ci il tarixində içməli su kəsiləcək. Bu haqda Azərsu ASC-nin mətbuat xidməti məlumat yayıb.
Nəsimi və Binəqədi rayonları və Suraxanı rayonu, Hövsan qəsəbəsində içməli suyun verilişinə məhdudiyyət qoyulacaq. Səbəb olaraq magistral su xətlərində aparılan yenidənqurma işləri olduğu bildirilir.
“Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir”, - deyə qurum əlavə edib.