Dövlət sərhədində müşahidə edilən uçuş aparatı zərərsizləşdirilib.
Bu barədə Bakuplus.az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzi məlumat verib.
Bildirilib ki, mart ayının 4-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 515 qram narkotik vasitə heroinin kiçik həcmli PUA vasitəsilə ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.