top
Stalinin Rəsulzadəyə olan “can borcu”
25 avqust 2022, 02:30
- ↺ +

Stalinin Rəsulzadəyə olan “can borcu”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Məhəmməd Əmin Rəsulzadə 1907-ci ilin axırlarına qədər Bakıda inqilabi fəaliyyət göstərən İosif Stalinlə yaxın dost olmuşdur. Hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəyirdilər. Özünü hadisə yerinə çatdıran Rəsulzadə rus inqilabçısını ölümdən xilas etmişdir. O, Stalinin Bayıl həbsxanasından gizli qaçırılmasının da təşkilatçısı olmuşdur.

1920-ci il avqustun 17-də Məhəmməd Əmin Rəsulzadə Lahıc yaxınlığında həbs edilib Bakıya aparıldı. Onun tutulması xəbəri həmin il noyabrın əvvəllərində Vladiqafqaz (Rusiya) şəhərində olan Stalinə çatdırıldı. Stalin heç kəsə xəbər vermədən Bakıya gəldi. XI Ordunun xüsusi şöbəsinin rəisi V. Pankratova Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) Millətlər Komissarlığı adından göstəriş verdi və özü şəxsən həbsxanaya gedib Rəsulzadəni azad etdi. [Məmməd Əmin Rəsulzadə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı-1991]

Rəsulzadə Stalinlə həbsxanada baş tutan dialoqunu 1954-cü ildə yazdığı “Stalinlə ixtilal xatirələri” əsərində belə göstərmişdir:

- Siz nə öldürüləcək, nə də ömrü boyu həbsxanalarda çürüdüləcək bir insansınız. Məncə, Sizə azadlıq verilməlidir: istəsəniz, burada qalın, istəsəniz, mənimlə bərabər Moskvaya gedək, bunu mən sizə şəxsən tövsiyə edirəm, çünki buradakılar sizi rahat buraxmayacaqlar və zühur edəcək hər hansı bir hadisəni bəhanə edərək Sizi məsuliyyətə çəkəcəklər... Düşünün, daşının, bəlkə də, bizimlə əməkdaşlıq yaratdınız!..

- Bu qədər hadisə olub-bitdikdən sonra “əməkdaşlıq” müzakirə mövzusu ola bilməz, yoldaş Koba, (Rəsulzadə Stalini Koba deyə çağırırdı)... siz buraya gəlməməli idiniz! Çünki rus gücü ilə təsis olunan proletariat diktaturası Azərbaycanda rus hakimiyyətinin təsisindən başqa bir şey ola bilməz.

Bu sözlərdən sonra Stalin gülümsünərək yanındakı gözətçiyə əmr etdi:

- Bura bax, adamı qaranlıq bir mətbəxdə saxlayırsınız, dərhal onu münasib bir otağa köçürün və ailəsinə də onunla görüşmək imkanı verin.

[Rəsulzadə Məmməd Əmin. Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri. Bakı-2010]

Stalin Məhəmməd Əmin Rəsulzadəni 9 noyabr 1920-ci ildə özü ilə birlikdə Moskvaya apardı və RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etdi. 1922-ci ildə Rəsulzadə Sankt-Peterburqa, sonra Finlandiyaya, sonunda isə Türkiyəyə köçüb və orada 1955-ci ildə vəfat edib. [Məmməd Əmin Rəsulzadə. Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı-1991]

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

Vətən müharibəsinin xronikası: 4 noyabr

Xəbər
Dünən, 18:00

Qardaşına "keçəl" dedi - işə məhkəmədə baxıldı

Xəbər
Dünən, 17:39

Canlı yayımda xəmir yoğuran qadın qəfil vəfat etdi - Bakıda

Xəbər
Dünən, 16:47

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib

Xəbər
Dünən, 15:41

Məktəbin həyətini kafelər və avtomobillər zəbt edib? - İDDİA

Xəbər
Dünən, 14:40

Sabah Bakıda hava çiskinli olacaq

Aktual Xəbərlər
Dünən, 13:46

Mobil telefonlar da POS-terminal hesab ediləcək

İdman
Dünən, 12:45

"Neftçi" rekorda imza atdı

Siyasət
Dünən, 12:19

Səbinə Əliyeva yenidən Ombudsman seçilib

Xəbər
Dünən, 11:56

Himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Xəbər
Dünən, 11:40

Bakıda məktəbdə sinif yoldaşını yandıran şagirdin ittihamı ağırlaşdırıldı

Xəbər
Dünən, 11:31

İlham Əliyev Laosun yeni səfirini qəbul edib

Xəbər
Dünən, 11:01

Bakıda özəl məktəblərdə təhsil haqları - SİYAHI

Xəbər
Dünən, 10:26

Atasına "tez ol, ödə, düş" deyən taksi sürücüsünü YUMRUQLADI

Xəbər
Dünən, 10:22

Azərbaycanda neçə çoxuşaqlı ailə var?

Xəbər
Dünən, 09:59

Qazi evini təmir etdirmək istədi, dələduzların toruna düşdü

Siyasət
Dünən, 09:30

Bu gün yeni ombudsman seçiləcək

Xəbər
Dünən, 09:26

Bakı Mühəndislik Universiteti 435 min manatlıq material alacaq

Xəbər
Dünən, 09:16

Bakının 4 rayonunda elektrik olmayacaq

Xəbər
02 noyabr 2026, 18:00

İçərişəhərdəki bir ünvan Qoruq İdarəsinin balansından çıxarıldı

Xəbər
02 noyabr 2026, 17:10

Azərbaycanda 15 yaşlı qız hamilə qaldı - əsgər həbs edildi

Xəbər
02 noyabr 2026, 16:16

Bakıda qadın 9 ay hamilə olduğunu bilmədən beşinci övladını dünyaya gətirdi

Xəbər
02 noyabr 2026, 15:55

Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək

Xəbər
02 noyabr 2026, 15:27

Anasını döyən "xeyriyyəçi" tiktoker saxlanıldı

Oxşar xəbərlər