Qadın şahmatçılarımız dünya kubokuna vəsiqə qazanıblar. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Avropa çempionatının gümüş və bürünc medalçıları Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva, eləcə də Gülnar Məmmədova dünya kubokunda iştirak etmək hüququnu əldə ediblər.
Turnirdə 39 ölkədən ümumilikdə 103 nəfər iştirak edəcək. Yarışın ümumi mükafat fondu 676 milyon 250 min ABŞ dollarıdır. Turnir 2023-cü ilin 2-ci yarısında baş tutacaq.