Bakıdan olan futbol hakimi UEFA-nın matçına təyinat alıb. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Futbol Federasiyaları Assosiasiyasına (AFFA) istinadən xəbər verir.
Rauf Cabbarov Konfrans Liqasının qrup mərhələsində keçiriləcək "Slovan" (Slovakiya) - "Jalgiris" (Litva) qarşılaşmasının baş hakimi olacaq. Ona Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcəklər. Dördüncü hakim Fərid Hacıyev olacaq.
Oyun 8 sentyabr saat 23:00-da başlayacaq.
37 yaşlı Rauf Cabbarov 2003-cü ildən hakimlik karyerasına başlayıb, 2019-cu ildə FİFA referisi adını qazanıb. Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT Tətbiqi və Tədrisi Mərkəzinin direktoru vəzifəsində çalışır.