Dağ velosipedi üzrə Bakı Kubokunun qalibləri müəyyənləşib. Bu haqda 11 avqust tarixində Respublika Olimpiya Velosiped Məktəbi məlumat verib.
Xocasəndə yerləşən Dağ Velosipedi Parkında avqustun 10-da Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə dağ velosipedi üzrə Bakı Kuboku keçirilib. Yarışda U15, U17, gənclər yaş kateqoriyalarında olan oğlanlar, həmçinin Elit/U23 yaş kateqoriyasında olan kişi velosipedçilər iştirak ediblər.
Yarışda 15 və 17 yaşadək oğlanlar arasında qaliblər:
1-ci yer - Maksim Polikarpov;
2-ci yer - Qəhrəman Hacızadə;
3-cü yer - Cavid Qəfərli.
Gənc oğlanlar və Elit/U23 yaş kateqoriyasında olan kişilər arasında qaliblər:
1-ci yer - Hüseyn Bağırzadə;
2-ci yer - Rasim Əlizadə;
3-cü yer - Mübariz Süleymanov.
Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.
[caption id="attachment_57877" align="alignnone" width="960"]
Foto Respublika Olimpiya Velosiped Məktəbinin Facebook səhifəsi[/caption]