Bakıda karate idman növünün ən prestijli turniri keçirilir. Bu haqda bu gün, 2 sentyabr tarixində Bakuplus.az Milli Karate Federasiyasına istinadən xəbər verir.
Paytaxtda “Karate1” Premyer Liqa turnirinin 4-cü mərhələsi baş tutacaq. Müsabiqə 2-4 sentyabr tarixlərində Heydər Əliyev adına İdman Konsert Kompleksində baş tutacaq. Yarışlar hər gün saat 09:00-dan 20:30-a qədər davam edəcək.
Yarışda ümumilikdə 58 ölkədən 347 idmançl iştirak edəcək. Azərbaycandan isə turnirdə 16 idmançı mübarizə aparacaq.