“Neftçi” PFK 17 ilin rekordunu təzələyib. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir.
Belə ki, paytaxt təmsilçiləri Misli Premyer Liqasında ilk 5 turda 12 qol vurmağı bacarıblar. Daha öncə onlar 2007/08 mövsümündə bu rəqəmlərə nail ola biliblər.
“Neftçi” PFK cari mövsüm “Şamaxı” (1 qol ), “Kəpəz” (5 qol), “Sabah” (1 qol), “Zirə” (2 qol) və “Sumqayıt”la (3 qol) qarşılaşıb.