Bakıda paytaxt sakininə qarşı soyğunçuluq əməli törədən şəxs tutulub. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 15 avqust tarixində xəbər verir.
Sabunçu rayonunda X.Bağırova zor tətbiq edib 11.000 manat pulunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs müəyyən olunub.
Şübhəli Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Novruzzadə saxlanılıb.