Bakıda 2 yeniyetmə qız itkin düşüb. Bu haqda bu gün, 10 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində 14 yaşlı Zəhra Dünyamalıyeva yaşadığı evdən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Oxşar hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Eyniyaşlı Nərmin Qəzzayeva itkin düşüb.
Hər ikisinin axtarışı davam edir.