Bakıda yasda törədilmiş qətlin təfərrüatları məlum olub. Bu haqda 11 noyabr tarixində sonxeber.az məlumat verib.
İyulun 12-də Binəqədi rayonunda 16 yaşlı Bəhruz Mehrəliyev əmisinin il mərasimində 31 yaşlı Elnar Qədimovu bıçaqlamışdır. İstintaq zamanı məlum olub ki, Qədimov əmisi arvadı Günayın (şərti ad) evində usta kimi işləyib. Bəhruz əmisinin vəfatından sonra Elnarın Günay ilə münasibətindən şübhələnib. Onun şübhələri doğru çıxdıqdan sonra, Elnara xəbərdarlıq edib ki, əmisi arvadından uzaq dursun. Lakin Qədimov onun həyatına qarışmamasını tələb edib.
Mehrəliyev əmisinin yas mərasimində olduğu zaman, Qədimovun orda iştirak etdiyini görüb və daha da əsəbləşib. Bəhruz Elnarın Günaya xoşagəlməz hərəkət etdiyini görüb və bir müddətdən sonra üstündə olan bıçağı çıxardaraq ona arxadan yaxınlaşaraq boğaz nahiyəsindən bir zərbə endirib. Hadisə nəticəsində Elnar Qədimov yerindəcə ölüb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürmə maddəsi ilə Mehrəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib.