Səbail rayonunda qadın itkin düşüb. Bu haqda 16 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
27 yaşlı Dinara Vüsal qızı Hacıyeva avqustun 11-də işlədiyi "Gəncə təndiri" adlı çörək sexindən saat 21:00 radələrində çıxıb və bir daha ondan xəbər alınmayıb.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində araşdırma gedir.
Həmin şəxsi görənlərdən DİN-in "102" Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq xəbər vermələri xahiş olunur.