Ötən gün Bakıda alimenti ödəmədiyinə görə axtarışda olan şəxs tutulub. Hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib. Bu haqda Report xəbər verib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları paytaxt sakini Emil Qasımovu aliment ödəmədiyinə görə saxlayıb. O, rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarışa verilmişdi.
Dindirilmə zamanı E.Qasımovun tüfeyli həyat tərzi keçirməsi məlum olub.
Binəqədi Rayon İcra və Probasiya şöbəsinə təhvil verilən Qasımova borclu olduğu alimentin bir hissəsi ödətdirilib.