Bakıda avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü xilas edilib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən bu gün, 10 avqust tarixində xəbər verir.
Paytaxtın Xəzər rayonunda “VAZ” və "Nissan" markalı iki minik avtomobili toqquşub. “VAZ” markalı naqliyyat vasitəsinin sürücüsü avtomobildə sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Müxtəlif xəsarətlər alan sürücü deformasiyaya uğrayan “VAZ” markalı minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
[URIS id=57445]